Samir Şərifov: "Antiinflyasiya tədbirləri ilə qiymətlər enəcək"

Samir Şərifov: "Antiinflyasiya tədbirləri ilə qiymətlər enəcək"
İQTİSADİYYAT
13:09 23.06.2022
235
"İnflyasiya təkcə Azərbaycanın deyil, bütün dünyanın problemidir. Qlobal inflyasiya təzyiqləri ilk növbədə enerji daşıyıcılarının, əsasən neft-qazın bahalaşması ilə əlaqədardır.

Qaz həmçinin müxtəlif növ gübrələr üçün xammaldır. Buna görə gübrə qiymətləri də avtomatik olaraq artıb. Hətta müəyyən qədər qıtlıq da yaranıb. Bu isə ərzaq məhsullarının bahalaşmasına gətirib çıxarıb. İlk növbədə taxılın, o cümlədən buğdanın bahalaşması müşahidə olunur”.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının 24-cü İllik Toplantısında maliyyə naziri Samir Şərifov bildirib.

"Rusiya-Ukrayna müharibəsi nəqliyyat və logistika problemlərini daha da dərinləşdirib. Nəzərə alsaq ki, bu iki ölkə ən mühüm taxıl və bitki yağları istehsalçıları və təchizatçılarıdır, bu da qiymətlərin artımına təsir göstərir.

Beləliklə, xarici amillər hesabına formalaşan qiymət artımı Azərbaycana da sirayət edib. Çünki ölkəmiz bir sıra məhsulların idxalçısıdır və biz də bu qiymət artımının mənfi təsirlərini yaşayırıq”.

Nazir həyata keçirilən antiinflyasiya tədbirlərindən də danışıb: "Hökumət ölkə prezidentinin tapşırığı ilə müəyyən antiinflyasiya tədbirləri hazırlayıb həyata keçirir.

Bu tədbirlərin əsasən Azərbaycana idxal olunan ərzaq məhsulları üzrə gömrük rüsumlarının və vergilərin aradan qaldırılmasıdır. Bununla əlaqədar lazımi qərarlar qəbul edilir. Onların icrasının nəticəsində qiymətlərdə bir qədər enmə baş verəcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub