Samir Şərifov: “Beynəlxalq Bankı kiçiltməliyik”

Samir Şərifov: “Beynəlxalq Bankı kiçiltməliyik”
SOSİAL
13:41 26.09.2016
1381
"Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesi gedir. Lakin proses olduqca mürəkkəbdir".
 
Bunu maliyyə naziri Samir Şərifov deyib. "Sağlamlaşdırma proseduru dünya praktikasında qəbul olunmuş prosesdir. Bilirsiniz ki, Beynəlxalq Bankın toksik aktivləri "Aqrarkredit" qeyri-bank kredit təşkilatına ötürülür, bunun müqabilində "Aqrarkredit" banka ödəniş edir. Əfsuslar olsun ki, bankın sabiq rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində bank böyük həcmlərdə xaricdən borclanıb. Bir tərəfdən bankın xarici valyutada öhdəlikləri, digər tərəfdən isə "Aqrarkredit" aktivləri manatla alır. İstər-istəməz natarazlıq yaranır. Bu həcmdə manat kütləsinin bazara çıxması arzuolunmazdır, çünki manatın məzənnəsinə mənfi təsir edə bilər. Buna görə, bu proses makroiqtisadi vəziyyətlə uzlaşdırılır. Dövlət bankın sağlamlaşdırılmasını öz üzərinə götürüb və əsas məsələlərdən biri də əmanətçilərin maraqlarıdır. Söhbət ən iri bankdan gedir və onun problemlə üzləşməsi əmanətçilərə zərbə olar. Bundan başqa, adıçəkilən bankın problemlə üzləşməsi Azərbaycanın xarici nüfuzuna da xələl gətirə bilər. Sağlamlaşdırma prosesində dəyişmiş makroiqtisadi şərait nəzərə alınmalıdır. Mərkəzi Bank hal-hazırda məqsədyönlü monetar siyasət yürüdür. Biz də Mərkəzi Banka zəruri dəstək veririk. Ona görə, böyük həcmdə manat kütləsinin bazara çıxması yolverilməzdir. Sağlamlaşdırma prosesinin əsas məqsədlərindən biri də odur ki, biz bu bankı bir qədər kiçiltməliyik. Xarici öhdəliklər qaytarıldıqdan sonra bankın həm aktivləri, həm də passivləri ciddi şəkildə azalacaq", - deyə nazir bildirib.
 
S. Şərifov əlavə edib ki, yekun nəticədə bank sağlamlaşdırıldıqdan sonra özəlləşdirilməyə hazır olacaq. Bununla yanaşı, nazir bildirib ki, bankın sağlamlaşdırılması "uzunmüddətli prosesdir və hətta gələn ildə başa çatmayacaq".
 
APA.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
22:16 06.03.2026
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
22:14 06.03.2026
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
22:00 06.03.2026
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO