Samir Xəttab daha bir məşhuru Azərbaycana gətirir

MAQAZİN
15:53 01.02.2013
2550
Təşkilatçı - prodüser Samir Xəttab və müğənni Lamiyə Novruzova bir araya gəliblər.Bu barədə AZXEBER.COM-a açıqlama verən Samir Xəttab bildirib ki, Lamiyə Novruzova ilə bir araya gəlməsinin səbəbi ona məşhur bir türk ifaçısı ilə konsert təşkil etməsdir: “Lamiyə çox istedadlı bir müğənnidir. Təşkilatçı olaraq onun üçün super bir konsert təşkil etməyə başlayıram. Özü də bu konsertdə Lamiyə tək olmayacaq, onunla bərabər məşhur bir türk müğənnisi də olacaq. Həmin müğənninin adını hələ ki, açıqlamaq istəmirəm.Çünki mənim planlarımı başqaları tez oğurlayır. Ümumilikdə isə, bunun hamını şoka salan bir konsert olacağına inanıram”.

OXŞAR XƏBƏRLƏR