Samiraldonun əməliyyat xəbəri yalan çıxdı? - AÇIQLAMA

Samiraldonun əməliyyat xəbəri yalan çıxdı? - AÇIQLAMA
MAQAZİN
16:05 22.09.2017
3471
Stilist Samiraldonun əməliyyat olunduğu xəbəri yayımlanıb. 
 
AZXEBER.COM-un məlumatına görə, mətbuatda yayımlanan xəbərlərdə qeyd edilir ki, Samiraldo görünüşündə dəyişiklik edib. Belə ki, o, qarın və omba nayihəsində liposaksiya əməliyyatı etdirib. Samiraldonun əməliyyatı dünən saat 5-də baş tutub. Stilist hazırda xəstəxanadadır. 1-2 günə evə buraxılacaq. Onun vəziyyəti hazırda yaxşıdır. Özünü normal hiss edir.
 
Sosial şəbəkələrdə yayılan məlumata görə isə Samiraldo əməliyyat olunmayıb. Bu sadəcə reklam xarakterli paylaşım olub. Belə ki, "Real hospital"ın həkimi Mübariz Məmmədli sırf reklam naminə belə bir addım atıb və stilistin bu paylaşımı etməyi xahiş edib.
 
AZXEBER.COM məsələylə bağlı həkim Mübariz Məmmədli ilə əlaqə saxlayıb. O açıqlamasında bu söz-söhbəti eşitdiiyni təsdiqləyib: "Mənə də bu haqda yazırlar ki, guya Samiraldonu mən əməliyyat etdirməmişəm və bu reklam üçün edilib. Ancaq bunlar yalan məlumatlardı və həqiqəti əks etdirmirəm. Mən bu söz-söhbətə son qoymaq üçün əməliyyatın videosunu "youtube"yə yerləşdirdim".
 
Həkim həmçinin onu da qeyd edib ki, başqa klinikalar bu əməliyyat özləri etdiyini yazıblar: "Başqa klinikalar sırf reklam xatirinə yazıblar ki, əməliyyatı biz etdirmişik. Ancaq bu belə deyil. Samiraldonu mən əməliyyat etmişəm" 
 

OXŞAR XƏBƏRLƏR