15:12 çərşənbə, 18 Sentyabr 2019
Maqazin

Samirdən Dilarəyə: “Sev məni”- VİDEO

13:58, 08.02.20196200
Samirdən Dilarəyə: “Sev məni”- VİDEO
"Fire Land Production” təqdim edir- "Sev məni”
 
Möhtəşəm vokal bacarığı ilə seçilən, tanınmış müğənni Samir Cavadzadənin yaradıcılığında yenilik var.
 
AZXEBER.COM xəbər verir ki, O, "Sev məni” adlı mahnını repertuarına daxil edərək, növbəti klipini də çəkdirir.
 
"Sev məni”nin musiqisi Erkinə, sözləri isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir çox hit mahnıların müəllifi Cəlal Qurbanova məxsusdur. Mahnının aranjimanı Tural Yusibov, səs rejissoru Samir Əsədovdur. Bəstəyə artıq klip də çəkilib.
 
Gənc rejissor Eko Ağalarovun lentə aldığı klipdə baş rol ifaçısı cazibədar müğənni Dilarə Kazımovadır. Klipdə tərəf müqavili olan məşhurların dərin sevgi hisslərindən, həyat hekayəsindən bəhs edilir. Ekran işində ifaçıların imici üzərində tanınmış stilist Elnur Hüseynov çalışıb.
 
Layihənin ideya müəllifi Nəsir, PR meneceri Türkan Məmmədlidir.
 
"Sev məni”nin möhtəşəm təqdimatı isə 13 fevral tarixinə təsadüf edəcək.
 

XƏBƏR LENTİ