Keçmiş Avroviziya təmsilçimiz Samirə Əfəndinin avtomobilinə hücum edən şəxs saxlanılıb.
AZXEBER.COM-un lent.az-a istinadən məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən X.Atakişiyev müəyyən edilərək saxlanılıb.
Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.
X.Atakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Protokola Nəsimi Rayon Məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Məhkəmənin ilk iclası martın 9-da keçiriləcək.