Meyxanaçı Samirə Yusiqızı mərhum həyat yoldaşının məzarını ziyarət edib.
AZXEBER.COM xəbər verir ki, meyxanaçı ARB TV-də yayımlanan "Elgizlə izlə" verilişində ilk dəfə həyat yoldaşının məzarını tamaşaçılara göstərib. O 28 yaşında dul qaldığını və övladlarına həm ata, həm ana olduğunu bildirib:
"22 il əvvəl itirmişəm. Amma hər zaman yeri görünür. Onu itirəndə oğlumun 9, qızımın isə 6 yaşı var idi. Onlara həm ata, həm ana olmuşam. Bir dəfə də olsun onun yoxluğun uşaqlara hiss etdirməmişəm. Qızım gəlin köçəndə dedilər atası gəlsin, xeyir-dua versin, o sözü eşidəndə ərimin yoxluğunu hiss etdim.(ağlayır). Yoldaşımın ailəsindən bir dəfə də olsun, maddi dəstək görməmişəm. Özüm kişi kimi işləyib, uşaqları böyütmüşəm. Həyat yoldaşımın yerini heç kim əvəz edə bilməz.
Meyxanaçı Samirə 18 yaşında ailə həyatı qurduğunu deyib. O bildirib ki, ilk əri onun yuxusuna girir və tək qalmamasını məsləhət görür.
Samirə bildirib ki, həyat yoldaşı ondan əvvəl bir dəfə evli olub və o evlilikdən də 2 uşağı olub.
Həmin anları təqdim edirik:
Nazim Qasımzadə