Samsung Galaxy S5 təqdim olundu - FOTO

Samsung Galaxy S5 təqdim olundu -  FOTO
İQTİSADİYYAT
09:41 25.02.2014
4186
Cənubi Koreyanın Samsung korporasiyası İspaniyanın Barselona şəhərində keçirilən Mobile World Congress konfransında Samsung Galaxy S5 smartfonunu nümayiş etdirib.
Aparat 2013-cü ildə Galaxy S4-ü dəyişərək şirkətin flaqman smartfonu olacaq.
Yeni smartfondakı ən önəmli yenilikləri barmaq izlərinin skaneri, nəbz ölçən və kameradır. Bundan başqa, sələflərindən fərqli olaraq Galaxy S5 tozdan və sudan "qorxmur".
iPhone 5s-də olduğu kimi barmaq izlərinin skaneri "Home" düyməsindədir. Skanlaşdırmaq üçün barmağı düyməyə sürtmək gərəkdir. Halbuki Apple-in smartfonunda barmağı sadəcə, düyməyə basmaq yetər.
Galaxy S5 yaddaşında ən uzağı 3 barmağın izlərini saxlaya bilir.
Barmaq izləri smartfonun "Private Mode" kataloquna girişdir. Bu kataloqda istifadəçinin başqalarından gizlətmək istədiyi fayl və proqramlar saxlana bilər.
Galaxy S5-də nəbz ölçən smartfonun arxa panelində, kameranın aşağısındadır. O, barmaq ucundakı nəbzi ölçür və bu proses 5-10 saniyə çəkir.
Galaxy S5-in əsas kamerası 16 meqapiksellikdir və o, 4 4K tipli video çəkə bilir.
Üstəlik, kamerada rəqəmsal fotokameralarda olduğu kimi hibrid avtofokus da var.
Smartfonda 1920x1080-lik 5,1 düymlük ekran, 4 nüvəli və 2,5 qiqahers tezlikli Snapdragon 800 prosessoru var.
Prosessor Android 4.4.2. əməliyyat sistemi ilə işləyir.
Galaxy S5 aprelin 11-də satışa çıxarılaaq. Samsung korporasiyası yeni smartfonunu addımları, nəbzi və saniyələri ölçən qurğuları olan Gear Fit qolbağı ilə satacaq.(milli.az)
OXŞAR XƏBƏRLƏR