"Samsung" SGS və TÜV Rheinland kimi beynəlxalq sertifikatlara layiq görüldü

"Samsung" SGS və TÜV Rheinland kimi beynəlxalq sertifikatlara layiq görüldü
İQTİSADİYYAT
11:48 25.06.2025
174
Samsung Electronics, davamlı texnologiyalar və ekoloji məsuliyyət sahəsində standartları müəyyən etməyə davam edir.
 
AZXEBER.COM xəbər verir ki, şirkətin kvant displeyləri eyni anda iki nüfuzlu beynəlxalq təşkilat — İsveçrənin SGS institutu və Almaniyanın TÜV Rheinland sertifikatlaşdırma agentliyi tərəfindən yüksək qiymətləndirilib. Aparılmış yoxlamalar bir daha təsdiqləyib: Samsung displeylərində insan sağlamlığı və ətraf mühit üçün təhlükə yaradan zəhərli ağır metal olan kadmiumdan, istifadə olunmur.
"Samsung-un kvant nöqtəli televizorları zərərli maddələrlə bağlı məhdudiyyətlərə uyğun, təhlükəsiz texnologiya əsasında istehsal olunaraq, təsvirin misilsiz keyfiyyətini təmin edir", — deyə Samsung Electronics şirkətinin Displey Həlləri bölməsinin icraçı vitse-prezidenti Taeyong Son bildirib. — "SGS tərəfindən təqdim edilən sertifikat məhsullarımızın təhlükəsizliyini tam şəkildə təsdiqləyir. Bu hal bizi, davamlı olaraq dayanıqlı displey texnologiyalarının inkişafına sadiq qalmağa sövq edir."
2001-ci ildən bəri kadmiumdan şüurlu şəkildə imtina
Bir vaxtlar kvant nöqtələrinin istehsalında geniş şəkildə istifadə olunan kadmiumum, rəsmi olaraq insan və təbiət üçün təhlükəli, toksik element olduğu təsdiq edilib. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Aİ-nin RoHS direktivi kimi ekoloji qanunvericilik tələblərinin sərtləşdirilməsi fonunda Samsung, sözü gedən qlobal trendlər yer almamışdan çox daha əvvəl təhlükəsiz alternativlərin axtarışına başlayıb.
Şirkət 2001-ci ildən etibarən kadmiumsuz kvant nöqtələrinin istehsalı sahəsində tədqiqatlara start verib. Belə ki, 2014-cü ildə Samsung mühəndisləri dünyada ilk dəfə kadmiumsuz kvant nöqtəsi materialını təqdim edib, 2015-ci ildən isə bu texnologiya televizorların istehsalında tətbiq olunmağa başlanıb.
Və elə həmin ildən başlayaraq, Samsung, ekoloji cəhətdən təmiz displey texnologiyaları sahəsində liderliyini möhkəmləndirməkdə davam edir. Hazırda şirkətin zərərli maddələrdən azad kvant nöqtələrinin istehsal olunması və tətbiqi ilə bağlı təxminən 150 patenti mövcuddur. 

SGS: Təhlükəsiz və effektiv texnologiya

Cenevrədə yerləşən və sertifikatlaşdırma əsasında keyfiyyətə nəzarət sahəsində ixtisaslaşan SGS institutu Samsung displeylərini hərtərəfli yoxlamadan keçirib. Təhlil nəticələri bir daha sübut edib ki, şirkətin istehsal etdiyi televizorlarında istifadə edilən kvant nöqtələri, beynəlxalq təhlükəsizlik standartlarına tam şəkildə cavab verir və kadmium tərkibli deyil.
Samsung-un bu sertifikata layiq görülməsi, uzun illər apardığı araşdırmaların, texnoloji innovasiyaların və dayanıqlı, ətraf mühitə dost həllərə yatırdığı böyük sərmayələrin nəticəsidir.
Sənayə üçün yeni standart
Müasir Samsung televizorları — o cümlədən Neo QLED 8K və QLED 4K kimi flaqman modellər də yeni nəsil kvant nöqtəsi texnologiyası əsasında hazırlanır. Bu cihazlar parlaq və dolğun təsvir, yüksək kontrast və dəqiq rəng ötürülməsi təqdim etməklə yanaşı, həm də ekoloji cəhətdən təhlükəsizdir.
Davamlı texnologiyalara artan tələbat fonunda Samsung, məsuliyyətli yanaşma nümunəsini nümayiş etdirərək, sübut edir ki, innovasiya və ekoloji təhlükəsizlik mütləq yanaşı addımlamalıdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra - FOTO
21:37 25.06.2025
İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra - FOTO
Tramp: İran nüvə proqramını bərpa etsə, ABŞ yenidən zərbə endirəcək
21:18 25.06.2025
Tramp: İran nüvə proqramını bərpa etsə, ABŞ yenidən zərbə endirəcək
Tovuzda dönərdən kütləvi zəhərlənmə olub
21:06 25.06.2025
Tovuzda dönərdən kütləvi zəhərlənmə olub
Asteroid Ayla toqquşacaq
20:53 25.06.2025
Asteroid Ayla toqquşacaq
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
20:33 25.06.2025
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
20:14 25.06.2025
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO