AZXEBER.COM-un verdiyi məlumata görə, hücumçu ölümlə hədələndiyini bildirib.
31 yaşlı futbolçu 2 il əvvəl Kamerun Futbol Federasiyası tərəfindən cəzalandırılmışdı. Səbəb Samuelin digər kamerunlu futbolçularla birgə mükafatları ödənilmədiyi üçün etiraz etməsi idi. Cəzası bitdikdən sonra isə futbolçu yığmaya getməkdən imtina etmiş və milli komandanın həvəskar insanlar tərəfindən idarə edildiyini demişdi.
Eto'o ölümlə təhdid edildiyini və bu səbəbdən evində rahat yata bilmədiyini açıqlayıb. Futbolçu cangüdənlərə ehtiyac duyduğunu gizlətməyib.