Samux rayonunda şəxsi münasibətlər zəminində düşən əlbəyaxa dava zamanı 2 qardaş xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə Çobanabdallı kəndində qeydə alınıb. Belə ki, tərəflər arasında hələ məlum olmayan səbəblərdən düşən əlbəyaxa dava zamanı 2 qardaş müxtəlif xəsarətlər alıb. Onlardan birinin aldığı xəsarətlərlər daha ciddi olduğundan xəstəxanaya yerləşdirilib. Digər şəxs isə xəstəxanaya getməkdən imtina edib.
Faktla bağlı araşdırmalara başlanılıb.