Samuxda 35 yaşlı qadını ilan sancıb

Samuxda 35 yaşlı qadını ilan sancıb
HADİSƏ
21:56 30.07.2025
627
Samuxda qadını ilan sancıb.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Köbər kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1990-cu il təvəllüdlü Ş. Qafarova həyətyanı sahələrində işləyərkən onu ilan sancıb.

Xəstə dərhal xəstəxanaya yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR