Samuxda ailəsinə qarşı zorakılıq edən ata həbs edildi

Samuxda ailəsinə qarşı zorakılıq edən ata həbs edildi
SOSİAL
12:41 26.06.2016
58925
10 il cəza alan atanın doğma qızından bir oğul övladı olub
Gəncə Ağır Cinayətlər Məhkəməsində zorlama cinayətində təqsirli bilinən Samux rayon sakini, 1972-ci il təvəllüdlü A. N. nin cinayət işi üzrə məhkəmə başa çatıb.
Qoca anasına baş çəkmək adı ilə qızını yarmcıq tikilidə zorladı
 A. N. də 1995-ci ildə anadan olmuş və yetkinlik yaşına çatmayan qızı A. N. ni zorlamaq qərarına gəlib. O, istintaqa məlum olmayan günlərin birində, axşam saat 22 radələrində, sərxoş vəziyyətdə qızını zorlamaq məqsədilə aldadaraq, anasına baş çəkmək bəhanəsi ilə yaşadıqları Samux rayonunun Lək Kəndində T. H. ova məxsus fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş və dörd bir tərəfi metal torla çəpərlənmiş torpaq sahəsinə aparıb.
A. N. həmin ərazidə qızının qollarından tutaraq burub yerə yıxıb və köməksiz vəziyyətdə olan qızı ilə cinsi əlaqədə olaraq, onu zorlayıb.
Ata qızı ilə öz arvadının gözü qarşısnda 10-12 dəfə cinsi əlaqədə olub
A. N. öz cinayətkar hərəkətlərini davam etdirirək mütamadi olaraq istintaqa məlum olmayan tarixlərdə yaşadıqları Samux rayonu Lək kəndində yerləşən evində A. N. yə fiziki zor tətbiq edərək öldürəcəyi hədəsi ilə sonuncunun anası B. N. nın gözləri qarşısında onunla təxminən 10-12 dəfə cinsi əlaqədə olub.
Sonuncu dəfə isə ötən ilin dekabrın 25-də, gecə saat 1 radələrində sərxoş vəziyyətdə A. N. ni döyüb və sonra anasının gözləri qarşısında onunla cinsi əlaqədə olub.
Qızını qısqanan ata...
Bundan başqaŞ A. N. dekabrın 24-də saat 15 radələrində, sərxoş vəziyyətdə yaşadığı Samux rayonu, Lək kəndində yerləşən evində qısqanclıq zəminində A. N. sillə, yumruqla vuraraq xəsarətlər yetirib.
Manyak atanın ittiham olunduğu maddələr...
Bununla da təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 132-ci (döymə), 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama)149.2.5-ci (təkrar zorlama) maddələri ilə ittiham edilib.
“Qızımı sərxoş olub zorlamışam”
Məhkəmədə ifadə verən A. N. də törətdiyi cinayət əməlini etiraf edib, əməlindən peşman olduğunu bildirib. O, törətdiyi cinayət əməlini sərxoşluğu ilə əlaqədar törətdiyini göstərib. O, daha sonra qeyd edib ki, öldürmə hədəsi ilə cinayət törətməyib.
Manyakın ailəsi və doğma qızından bir oğul övladı...
Cinayətdə ittiham olunan A. N. üç uşaq atasıdır. Onun həyat yoldaşı ilə olan nikahdan 1 qızı, 2 oğlu var. Həbsdə olduğu müddətdə onun ailəsində bir nəfər də artıb. Belə ki, zorladığı doğma qızı öz atasından bir oğul dünyaya gətirib. Cinayətdə ittiham olunanın ailəsində yalnız həyat yoldaşı əmək qabiliyyəti var, o da heç bir yerdə işləmir.
Manyak atanın cəzası...
Məhkəmə hesab edib ki, A. N. peşmançılıqdan və ya cinayəti sərxoş olduğu üçün törədilməsindən söhbət gedə bilməz. Ona görə də məhkəmə kollegiyası hökmdə təqsirləndirilən şəxsin sərxoşluğunu onun cəzasının yüngülləşdirən hal kimi əməlinə heç bir təsir etmədiyini qeyd edilir. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Zabil Qasımovun sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxsin barəsində hökm elan edilib. Məhkəmənin hökmü ilə 10 il müddətinə hökm çıxarılıb.
Manyak ata həmin hökmdən apellyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib. Həbs olmayan cəza ilə cəzasının əvəz edilməsini xahiş edən A. N. qeyd edib ki, ağır ailəsi var və dolanışıq üçün pul gətirən təkcə özü olub. O, utanmadan doğma qızından da övladının olduğunu dilə gətirərək onu da dolandırmaq lazım olduğunu bildirib. Onun apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Hakim Ceyhun Əhmədovun sədrlik etdiyi kollegiyada A. N. cəzasından bir il çıxılıb və barəsində qəti olaraq 9 il müddətinə cəza təyin edilib.
Yeni qanun manyak atanı cəzadan 1 il xilas etdi
Qeyd edək ki, A. N. cəzasından bir il çıxılmaqla onun apellyasiya şikayəti təmin olunmuş hesab edilmir. Çünki yeni qanunvericiliyə görə, Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi cinayət işindən xaric edilib və bu maddənin tərkibində cinayət əməli ləğv edilib. Əlavə edək ki, Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə olan hissəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 29 uyun 2012-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən əməlinin cinayət olmaması və cəzalanmalı olmasını aradan qalıdıran yeni qanun qüvvəyə minib. Buna görə də həmin maddə üzrə təqsirləndirilən şəxsin əməlində olan cinayət işinə xitam verilib.
///publika.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İspaniyanın elektrik enerjisini bərpa etmək üçün 6-10 saat lazımdır
19:10 28.04.2025
İspaniyanın elektrik enerjisini bərpa etmək üçün 6-10 saat lazımdır
İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
18:58 28.04.2025
İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
Çin səfiri: ABŞ iqtisadi zorakılıqla məşğuldur
18:47 28.04.2025
Çin səfiri: ABŞ iqtisadi zorakılıqla məşğuldur
Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
18:35 28.04.2025
Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
18:33 28.04.2025
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
18:16 28.04.2025
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
17:49 28.04.2025
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
17:43 28.04.2025
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
17:37 28.04.2025
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
17:25 28.04.2025
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
16:40 28.04.2025
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
16:24 28.04.2025
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
16:09 28.04.2025
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:07 28.04.2025
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
15:53 28.04.2025
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
15:41 28.04.2025
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"