Samux rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.
AZXEBER.COM "report"a istinadən xəbər verir ki, "Hyundai" və "Lada-21015" markalı avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan 1945-ci il təvəllüdlü Gilə Məmmədova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
1948-ci il təvəllüdlü Elxan Zülqədər oğlu Əhmədov da müalicə aldığı Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanada dünyasını dəyişib.