Samuxda bıçaqlanma hadisəsi qeydə alındı

HADİSƏ
23:41 16.11.2023
374
Samuxda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Fazil Əhmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib, vəziyyətininn kafi olduğu bildirilir.

Məlumata görə, həmin şəxs şadlıq saraylarının birində bıçaqlanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR