Samuxda ər və arvad qəzada xəsarət alıblar

Samuxda ər və arvad qəzada xəsarət alıblar
SOSİAL
09:58 02.11.2022
126
Samux rayonunda iki avtomobilin toqquşması nəticəsində ər və arvad xəsarət alıblar.

"Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zazalı kənd yolunda qeydə alınıb.

Qəza zamanı 1955-ci il təvəllüdlü G.Qurbanov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü A.Qurbanova yaralanıblar.

Onların vəziyyətinin müvafiq olaraq kafi və orta-ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR