Samuxda mikroavtobus aşıb, ölən və xəsarət alanlar var

Samuxda mikroavtobus aşıb, ölən və xəsarət alanlar var
HADİSƏ
10:06 25.01.2026
531
Samux rayonunda mikroavtobus idarəetmədən çıxaraq aşıb.

AZXEBER.COM "Report"un Qərb bürosuna istinadən xəbər veror ki, hadisə rayonun Köbər kənd ərazisində qeydə alınıb.

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Əsgərov Vüqar İlqar oğlunun öldüyü, daha bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Mikroavtobusun fəhlələri daşıdığı qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR