Samuxda piyadanı avtomobil vurub

Samuxda piyadanı avtomobil vurub
SOSİAL
21:59 23.07.2021
365
Samux rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Kolayı kənd ərazisində qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub.

Xəsarət alan şəxs 1967-ci il təvəllüdlü Aydın Rəşid oğlu Rəhimovdur. Hadisənin təfərrüatları barədə hələ ki, məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR