Samuxda 30 yaşlı şəxs qonşusu tərəfindən bıçaqlanıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Ziyadlı kəndində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü Alıxanov İsgəndər qonşusu tərəfindən bıçaqlanıb.
Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.