AZXEBER.COM xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Fərmanlı Rauf Ələddin oğlu 20 metrə yaxın dərinliyi olan quyuya düşüb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı quyudan çıxararaq xilas ediblər.











































