San-Marinonun Regent Kapitanları Prezident İlham Əliyevi təbrik ediblər

San-Marinonun Regent Kapitanları Prezident İlham Əliyevi təbrik ediblər
SOSİAL
17:37 29.05.2026
327
San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

AZXEBER.COM xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Sizə və dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gündə Zati-alinizə müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzulayırıq".
OXŞAR XƏBƏRLƏR