Sanae Takaiti Yaponiya tarixində ilk qadın baş nazir oldu

Sanae Takaiti Yaponiya tarixində ilk qadın baş nazir oldu
DÜNYA
09:21 21.10.2025
164
Yaponiya parlamentinin aşağı palatasının deputatları oktyabrın 21-də Yaponiya Liberal Demokratik Partiyasının (LDP) sədri Sanae Takaitini səs çoxluğu ilə ölkənin 104-cü baş naziri seçiblər. Bununla da Takaiti Yaponiya tarixində ilk qadın baş nazir olub.

Parlamentdə təmsil olunmuş 465 deputatdan 237-si Takaitiyə səs verib. Onun əsas rəqibi - Konstitusiyalı Demokratik Partiyanın lideri Yosihiko Noda 149 səs toplayıb.

Parlamentdə səs çoxluğuna malik olmayan LDP səsvermədən bir gün əvvəl mühafizəkar Yaponiya Yenilənmə Cəmiyyəti Partiyası ilə ittifaq bağlaya bilib. Bu koalisiya Takaitinin baş nazir seçilməsində həlledici rol oynayıb.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR