“Bəzi dairələr öz məkrli oyunlarından əl çəkmirlər”.
Çox maraqlıdır, Azərbaycan möhtəşəm Avropa Oyunlarının açılışını edib və davam etdirir. Amma Avropa Parlamentində isə bəzi dairələr öz məkrli oyunlarından əl çəkmirlər.
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.
“Sanki özlərində heç bir problem yoxdur, Azərbaycanın “dərdini” çəkmək üçün dəridən qabıqdan çıxırlar”, - deyə N. Məmmədov vurğulayıb.