Sankt-Peterburqun "Pulkovo” aeroportunda müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "Rosaviasiya”nın mətbuat xidməti məlumat yayıb.
"Sərnişin təyyarələrinin uçuşunun təhlükəsizliyini təmin etmək üçün bu gün 07:45-dən (Bakı vaxtı ilə 08:45) Sankt-Peterburqun "Pulkovo” aeroportunda müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Hava limanı müvəqqəti olaraq, təyyarələri qəbul etmir və uçuş həyata keçirmir”, - məlumatda qeyd olunub.