Şanlıurfada qandonduran görüntülər – FOTO

Şanlıurfada qandonduran görüntülər – FOTO
DÜNYA
13:10 09.10.2023
362
Şanlıurfada Rüfai təriqətinə mənsub olduğu deyilən məkanda azyaşlı uşaqların qarnına şiş çəkdirilməsinin görüntüləri sosial şəbəkələrdə yayılıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, vətəndaşlar qorxulu görüntülərin uşaqlara mənfi təsir etdiyini bildirərək qanuni tədbir görülməsini tələb ediblər.

İddiaya görə, Şanlıurfanın Haliliyyə Mahallesi Sırrın rayonundakı Rüfai təriqətinə aid məkanda çəkiliş tarixi ilə bağlı heç bir məlumat verilmədən vurulduğu iddia edilən görüntülərdə 6-8 yaş arası uşaqların qarınlarına şiş soxulduğu bildirilir. 

Vətəndaşlar Ailə və Sosial Siyasətlər Nazirliyinin məsullarını vəzifəyə çağıraraq qan donduran görüntülərlə bağlı "Bu nə görüntülərdir? Doğrudursa, bu qətli törədənlərə qarşı nə lazımdırsa edin! Uşaqlara da diqqət yetirin!”,-reaksiya veriblər.

Gülay

 

 

OXŞAR XƏBƏRLƏR