Sarımsağın insan nəfəsinə hopan, təri ilə ifraz olunan pis qoxusunun səbəbi bu bitkidəki komponentlərdən biridir. Allil metil sulfat həzm sistemi tərəfindən həzm olunmur.
Eksperiment keçirən alimlərin gəldiyi qənaətə görə, sarımsaq yeyərkən 200 ml süd içən adamın nəfəsindəki allil metil sulfatın konsentrasiyası 50 faiz aşağı düşür və qoxu aradan qalxır. Sarımsaq qoxusunu daha yaxşı dəf etməyin yolu isə yağlılıq dərəcəsi yüksək olan südü yemək zamanı kiçik qurtumlarla içməkdir. //lent.az