Şarapovanın ‘bikinisi’ ilə dəniz kənarında - FOTOLAR

MAQAZİN
00:15 03.04.2014
2901

Dünya üzrə tennis kortunda yetərincə özünü göstərməyi bacaran idmançı xanımların sırasında yer alan Mariya Şarapovanın yeni fotoları yayımlanıb.

Yalnız tennisdəki uğurları ilə deyil, həm də gözəlliyi ilə dillərdən düşməyən cazibədar xanım istirahətə yollanıb. Mariya Meksikanın Kankun əyalətində dincələrkən paparazzilərin kameralarına tuş gəlib. Kameralardan xəbərsiz olan gənc xanım dənizdə çimib, sahildə günəş vannası qəbul edib. Rəfiqəsi ilə birlikdə gah dənizə girən, gah da sahildə söhbət edən Şarapova bir tərəfdən də bikinisini dartışdırdığı vaxt kameralara görüntülənib. Xoşagəlməz vəziyyətdə görüntülənərkən paparazziləri görən idmançı ilk dəfə çəkinsə də daha sonra sərbəst davranıb. Xatırladaq ki, dünyanın üçüncü raketka ustası Mariya Şarapova Florida Ali Məhkəməsinə soyadının dəyişdiriməsi ilə bağlı müraciət etməsi ilə gündəmə gəlmişdi. US Open açıq turnirində tennisçi Mariya Sugarpova kimi çıxış etmək niyyətindədir. Bu soyad isə (ingilis dilində sugar-qənd mənasındadır) raketka ustasının öz şəxsi brendi olan “Sugarpova” konfetləri ilə əlaqədardır. (anspress)

OXŞAR XƏBƏRLƏR