Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi

Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
SOSİAL
10:50 15.01.2021
317
Abşeron rayonunun Saray qəsəbəsində kanalizasiya xətti çəkilir.
 
AZXEBER.COM xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova görülən işlərlə yerində tanış olmaq məqsədi ilə əraziyə baxış keçirib. RİH başçısına bildirilib ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasının kənd və qəsəbələrində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirdiyi layihələrin davamı olaraq cari ilin yanvar ayında Saray qəsəbəsinin Yeni yaşayış massivi adlanan ərazisində yeni kanalizasiya xəttinin çəkilişlərinə başlayıb. Layihəyə əsasən Yeni Yaşayış massivində müxtəlif diametrli borularla 12,9 km uzunluğunda kanalizasiya xətləri çəkiləcək. Bu xəttin 4,4 km-lik hissəsi 200 mm, 1 km-lik hissəsi 280 mm, 3,5 km-lik hissəsi 300 mm, 1,5 km-lik hissəsi 600 mm-lik, 2,5 km-lik hissəsi isə 800 mm diametrli borularla inşa ediləcək. Layihə çərçivəsində məhsuldarlığı saatda 200 kubmetr olan kanalizasiya nasos stansiyası inşa ediləcək.

Qeyd edilib ki, bu ərazidə formalaşan tullantı suları yeni tikilən kanalizasiya xətti vasitəsi ilə Sumqayıt şəhərindən keçən 1000 mm diametrli kanalizasiya kollektoruna ötürüləcək. Layihə çərçivəsində bu ərazidəki yaşayış evləri və obyektlərin tullantı sularının axıdılması məqsədilə kanalizasiya quyularının da tikintisi nəzərdə tutulub. Bununla da ərazidəki yaşayış evləri və obyektlərin tullantı suları yeni tikilən xəttə ötürüləcək. Xəttin çəkilişi başa çatdıqdan sonra ev birləşmələri veriləcək. Qeyd edilib ki, layihənin sonunda qazılmış küçələr əvvəlki vəziyyətinə gətirilib sakinlərin istifadəsinə veriləcək. Bu layihə həm də ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda işlər qəsəbənin Dədə Qorqud küçəsi də daxil olmaqla bir neçə ərazidə aparılır.

RİH başçısı həyata keçirilən işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması istiqamətində öz tapşırıqlarını verib.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"