Sarayda həyətə girən oğru kameranı gördü - Əli ilə üzünü tutub qaçdı

Sarayda həyətə girən oğru kameranı gördü - Əli ilə üzünü tutub qaçdı
SOSİAL
21:20 30.09.2018
10332
Sosial şəbəkələrdə bir oğrunun həyət evinə girmə anının görüntüləri yayılıb.

AZXEBER.COM faktxəbər-ə istinadən xəbər verir ki, hadisənin Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.

Əvvəlcə küçədə var-gəl edən oğru bir qədər sonra hasardan aşaraq həyətə daxil olur. Həyətdə müəyyən qədər vurnuxduqdan sonra isə evə yaxınlaşır. Amma burada qəfildən kameranı görür və üzünü əli ilə örtəməyə çalışır. Daha sonra isə evin başqa tərəfindən evə daxil olmağa çalışır.

Oğru həyətdən çıxarkən əlində olanı dişi ilə tutur və hasarın üstünə qalxır.

OXŞAR XƏBƏRLƏR