"Sarı Gəlin" filmininin təqdimatı olacaq

MƏDƏNİYYƏT
11:42 07.06.2012
1596
Beynəlxalq Muğam Mərkəzində iyunun 12-də “Sarı gəlin” sənədli filminin təqdimatı keçiriləcək. AZXEBER.COM-un Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir zamanı filmin müəllifləri tamaşaçıların diqqətinə mədəni irsimizin ən gözəl nümunələrindən olan qədim mahnını elmi araşdırmalar baxımından təqdim edəcəklər.Təqdimatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Hakas Respublikası və Qaqauz Yerini (Moldova) təmsil edən folklor kollektivlərinin ifasında “Sarı gəlin” mahnısı ifa ediləcəkdir.

OXŞAR XƏBƏRLƏR