“Sarı zolaq”lı paytaxtda 10 gün: 36 min manat cərimə yazıldı

“Sarı zolaq”lı paytaxtda 10 gün: 36 min manat cərimə yazıldı
SOSİAL
16:58 16.05.2017
4384
Bakı Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov İslamiada ilə əlaqədar paytaxt küçələrinə çəkilən sarı zolağa daxil olan nəqliyyat vasitələrinə yazılan cərimələrdən danışıb.

"Bu günədək 900-dən artıq şəxs sarı zolağa daxil olduğu üçün cərimələnərək məsuliyyətə cəlb ediliblər. Hazırda vəziyyət qənaətbəxşdir. Nizam-intizam qaydalarına əməl edilir. Müxtəlif texniki vasitələrin köməkliyi ilə sarı zolaqlara nəzarət ounur”. 

Sarı Zolağa daxil olanlar üçün nəzərdə tutulan cərimə məbləği 40 manat olduğundan bu günədək cərimlənənlərin sayına müvafiq olaraq deyə bilərik ki, mayın 5-dən etibarən 36 min manatdan artıq cərimə məbləği hesablanıb. (Cebhe.info)

OXŞAR XƏBƏRLƏR