Sarıbabada aşkarlanan minalarla bağlı sülhməramlılar və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.
Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.
Aşkar edilən minalar barədə Rusiya sülhməramlılarının komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb, eləcə də mina sahəsinə baxış keçirilməsi üçün əraziyə dəvət olunublar.
Qeyd edək ki, noyabrın 21-də Ermənistanda istehsal edilmiş Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılmış piyada əleyhinə mina sahəsi aşkarlanıb.