Sarkisyanın Qarabağa görə iki həftə vaxtı var

Sarkisyanın Qarabağa görə iki həftə vaxtı var
SİYASƏT
11:17 03.05.2016
1426
Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağdakı gərginlik fonunda danışıqlar prosesindən imtina etdiyi barədə isterik bəyanatına baxmayaraq rəsmi İrəvan Azərbaycanla tezliklə – yaxın 2 həftədə danışıqlar masasına oturacaq.
Bunu Rusiya xarici işlər nazirinin sabiq müavini, “Siyasi araşdırmalar mərkəzi” Fondunun direktoru Andrey Fedorov deyib.
Sarkisyan yaxın vaxtlarda danışıqlar məsələsinə görə Rusiya rəhbərliyi ilə yeni konsultasiyalara başlayacaq.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş verən 4 günlük müharibə vəziyyəti o qədər dəyişib ki, münaqişəyə köhnə qaydada yanaşma tamamilə alt-üst olub.
“Mövcud status-kvo var idi və bunu ciddi-cəhdlə qorumağa çalışırdılar. İndi bu situasiya dəyişib. İrəvan baş vermiş hadisələrdən sonra əvvəlki vəziyyəti saxlaya bilmir. Onlara bu münaqişədə yeni danışıqlar mövqeyi lazımdır. Lakin yeni danışıqlar mövqeyi ATƏT-in Minsk qrupunun çərçivəsində deyil, Moskvanın vasitəçiliyi ilə birbaşa Azərbaycanla danışıqlar aparmaqdan ibarətdir. Məndə olan məlumata görə, bu yeni mövqe İrəvanda indi mövcud deyil.”, - Fedorov bildirib.
Siyasətçinin sözlərinə görə, diplomatiyada belə bir qayda var: Öz mövqeyin yoxdursa, danışıqlar masasından heç vaxt durma.
“Bu gün İrəvanda yeni mövqenin formalaşdırılmasına bir çox məsələlər mane olur. Birincisi, bu gün Ermənistanda daxili siyasi əhval-ruhiyyə danışıqlardan çox qarşıdurmaya köklənib. Ona görə ki, Ermənistan rəhbərliyindəki, həmçinin hərbidə olanların çoxları hesab edir ki, Ermənistan öz mövqeyindən tamamilə imtina etməyib, qüvvədə saxlayır. Əslində bu qarşıdurmalı yanaşma həmişə olub. Sadəcə, özünü biruzə vermirdi, aprel hadisələrindən sonra bu yanaşma qızışır”, - diplomat deyib.
Andrey Fedorov "Moskva-Baku" portalında "Aksent" verilişində Qarabağdan danışır
Fedrorov əmindir ki, hazırda İrəvanda rəsmilər arasında çaşqınlıq yaşanır, onlar bundan sonra nə edəcəklərini bilmirlər: “Ermənistan təkbaşına hamıya qarşı olmaq vəziyyətinə düşmək istəmir. İndi İrəvanda bundan hər nə olursa olsun qaçmağa çalışırlar. Onlar hansısa daxili kompromis tapmaq istəyirlər ki, danışıqlara gedə bilsinlər.”
Bu məqamda Fedorov birmənalı şəkildə vurğulayıb ki, Ermənistan danışıqlar masasına yenidən oturmağa məcbur olacaq. Onun sözlərinə görə, bu, çox tezliklə baş verəcək.
“Burada söhbət maksimum iki həftədən gedir. Ermənistan prezidenti yaxın vaxtlarda danışıqlar məsələsinə görə Rusiya rəhbərliyi ilə yeni konsultasiyalara başlayacaq. Yalnız bundan sonra bəzi irəliləyişlər olacaq. Bir şey aydındır ki, bu vəziyyətdə İrəvan danışıqlar prosesindən imtina edə bilməz, çünki əks halda məğlub olacaq.”, - rusiyalı diplomat qeyd edib.
Rusiya və Ermənistan prezidentləri
Aprelin 24-də Sarkisyan bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır.
Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.
“Rusiyanın vasitəçiliyi altında əldə edilən atəşkəs daha geniş miqyasda müharibənin əngəllənməsi üçün kifayət deyil”, - Sarkisyan bildirib.
Ermənistan prezidenti aprelin əvvəllərində gedən döyüş əməliyyatlarından danışarkən deyib ki, Azərbaycan döyüşlərə “bir neçə yüz tank və 30 minə yaxın artilleriya qurğusu” cəlb etmişdi.
“Təhlükəsizlik qarantiyası olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır. Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?”-Sarkisyan deyib.
Lakin qısa müddət sonra Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bəyan etdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsininnizamlanması üzrə danışıqlar prosesindən imtına etmir.
Anspress.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
19:09 28.02.2025
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
17:02 28.02.2025
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
16:55 28.02.2025
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
16:48 28.02.2025
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
16:47 28.02.2025
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
Xərçənglə mübarizə aparan rəqqasədən xəbər var
16:42 28.02.2025
Xərçənglə mübarizə aparan rəqqasədən xəbər var