Sarkozi İlham Əliyevə məktub göndərdi

Sarkozi İlham Əliyevə məktub göndərdi
Bütün Xəbərlər
23:52 18.02.2012
2145
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fransa Respublikasının nəqliyyat naziri Tierri Marianini və Fransa prezidentinin diplomatiya məsələləri üzrə müşaviri Damien Lorası qəbul edib. Nəqliyyat naziri Tierri Mariani Fransa prezidenti Nikola Sarkozinin məktubunu dövlət başçısına təqdim edib. Fransalı qonaq ölkəsinin Azərbaycan ilə tərəfdaşlıq əlaqələrini bundan sonra da inkişaf etdirəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı Fransa prezidenti Nikola Sarkozinin məktubunda ikitərəfli münasibətlərimizin inkişafına dair səmimi fikirlərə görə minnətdarlıq edib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun qüvvəyə minməyəcəyinə ümidvar olduğunu deyib.
OXŞAR XƏBƏRLƏR