Şarl Mişel Ukraynaya gedib

Şarl Mişel Ukraynaya gedib
DÜNYA
15:37 09.05.2022
432
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın Odessa şəhərinə səfərə gedib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə siyasətçi tviterdə yazıb.

"Puşkinin "sən Avropanı hiss edə bilərsən” dediyi Odessada Avropa Gününü qeyd etməyə gəlmişəm. Bu gün Ukrayna xalqı öz abidələrini güllə, raketlərdən, öz azadlığını isə Rusiyanın təcavüzündən qoruyur. Sən yalnız deyilsən. Avropa İttifaqı sizinlədir”, - Şarl Mişel vurğulayıb.
OXŞAR XƏBƏRLƏR