Saşa İliç Ayxan Abbasovdan üzr istədi

Saşa İliç Ayxan Abbasovdan üzr istədi
İDMAN
19:49 30.11.2025
199
"Sumqayıt”ın baş məşqçisi Saşa İliç "Şamaxı” ilə matçda Ayxan Abbasova qarşı etdiyi hərəkətə görə ondan üzr istəyib.

AZXEBER.COM xəbər verir ki, o, mətbuat konfransında bu barədə danışıb:

"Səhv məndədir. Rəqib komandanın baş məşqçisindən üzr istəyirəm. Bu, futboldur, emosiyalar qaçılmazdır, lakin gərək bu hadisə yaşanmazdı. Mən özüm də keçmiş futbolçuyam, meydandakı gərginliyi anlayıram. Etdiyim jest konkret kiməsə ünvanlanmamışdı. Təəssüf ki, belə alındı”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 13-cü turunda keçirilən "Şamaxı" - "Sumqayıt" matçının sonlarında ara qarışıb.

Oyun zamanı "Sumqayıt"ın baş məşqçisi Saşa İliç meydan sahiblərinin məşqçilər korpusuna tərəf qaçaraq qeyri-etik jest edib. Rəqibin baş məşqçisi Ayxan Abbasov isə onun üstünə hücum çəkib.

Baş hakim Tural Qurbanov hər iki mütəxəssisə qırmızı vərəqə göstərib, meydan qovub.
OXŞAR XƏBƏRLƏR