Savaş təhlükəsi artır: “Rusiyanı yalnız bu ölkə dayandıra bilər” - ŞOK İDDİA

Savaş təhlükəsi artır: “Rusiyanı yalnız bu ölkə dayandıra bilər” - ŞOK İDDİA
DÜNYA
00:01 08.12.2021
791
"Qara dənizdə müharibə ab-havası yaşanır. Ukraynanın Müdafiə və Kəşfiyyat Nazirliyi Rusiyanın işğala hazırlaşdığı barədə xəbərdarlıq edib. Meydandakı mənzərə də müharibə hazırlığından xəbər verir. On minlərlə rus əsgəri Ukrayna sərhədində düzülüb. Bu rəqəmin 175 minə çatdığı iddia edilir".

AZXEBER.COM teleqraf.com-a istinadən bildirir ki, bunu türk siyasi ekspert Taha Dağlı deyib.

Dağlı bildirib ki, Ukraynadakı təhlükəsizlik ekspertləri Rusiyanın aylardır bölgədəki hərbi gücünü artırmasının nəticəsinin onun qarşıdurma və işğala çevriləcəyinin göstəricisi olduğunu vurğulayırlar:

"Bəs Rusiyanın işğal planında nə var? Moskva Krım yarımadası ilə Rusiya arasında yerləşən Mariupol şəhərini işğal edə bilər. Bu, ruslar üçün prioritetdir. Rusiya 2014-cü ildə Ukraynada Qərbin dəstəklədiyi hakimiyyət dəyişikliyindən sonra Krım və Donetski işğal edib, bundan sonra Krımı ilhaq edib və onu özünə birləşdirib.

Ruslar o vaxt başqa ərazini tutmaq istəyirdilər. Bu, Mariupol şəhəri idi. Çünki Krımı alıb, oranı almamaq olmazdı. Rusiyadan Krım yarımadasına quru əlaqəsi Mariupol şəhərindən keçir. Amma bu olmadı. Mariupolu o zaman işğal edə bilmədilər. Rusiya bundan sonra Kerç boğazı üzərində körpü tikməklə Krımla əlaqəni təmin etdi. Krımın və Kerç boğazının şimalında Mariupol şəhəri yerləşir. Mariupolun şimalında Donestk və Luqansk var".

Ekspert bildirib ki, Mariupol Rusiya tərəfindən işğal edilmiş iki rayon arasında yerləşir:

"Rusiya üçün bu, 2014-cü ildə yarımçıq qalmış əməliyyatdır. Bu gün iddia olunur ki, ruslar həmin yarımçıq əməliyyatı başa çatdırmaq üçün Mariupola soxulmağa hazırlaşır. Bölgədəki hərbi fəallığın və yeni batalyonların taktiki olaraq formalaşdırılmasının hədəfində Mariupol olduğu ehtimalı güclüdür. Rusiya Ukrayna sahəsində genişmiqyaslı müharibə əvəzinə, qismən işğal planına diqqət yetirir. Çünki irimiqyaslı müharibəyə girməyin bədəli hər iki tərəf üçün ağır olacaq.

Rusiya bu səbəbdən Mariupolu hədəf almağı məqsədəuyğun hesab edir. Güc nisbətinə baxdıqda rusların bunun üçün əzmkar olduqları görünür. Belə bir işğal üçün proqnozlaşdırılan tarix yanvarın sonu və ya fevralın əvvəlidir.

Bəs Rusiya bunu etsə, nə olacaq? Rusiyanın qarşısında NATO var. Amma Qərbin ritorikası Rusiya üçün çəkindirici deyil. NATO, ABŞ və Avropa Birliyinin bəyanatlarında həmişə eyni mesaj səslənir: Ukraynaya qarşı təcavüzün nəticəsi ağır olacaq. Amma indiyədək istifadə etdikləri ritorika sanksiyadır. Meydanda isə reallıq başqadır. Qərb indi də Rusiyanı sanksiyalarla qorxutmağa çalışır. Başqa sözlə, silaha qarşı diplomatik həll axtarışlarındadırlar. Rusiya isə bundan qorxmur. Qərb isə başqa bir arqument irəli sürməkdə son dərəcə ehtiyatlı davranır.

ABŞ və Avropa Birliyi Rusiyaya qarşı çıxa biləcək qədər hərbi gücdə olduğunu düşünmür. Eyni zamanda, Qərbin bir çox başqa problemləri və prioritetləri var. Bu mənada İngiltərə bir az daha müstəqil görünür. Bu o deməkdir ki, İngiltərə Rusiyaya qarşı digərlərindən daha sərt mövqe tuta bilər.

Moskvanı Ukraynadan uzaqlaşdırmağın yeganə yolunun hərbi təhdid olduğunu bilən yeganə güc İngiltərə kimi görünür və buna uyğun mövqe tutmağa çalışır. Rusiya isə genişmiqyaslı müharibə aparmaq və bütün ildırımları üzərinə çəkmək əvəzinə Mariupolu alıb Ukrayna ilə sərhəd təhlükəsizliyini tamamlamağı hədəfləyir. Bu yolla şərq bölgəsini tamamilə ələ keçirərək, Ukraynanın NATO-ya üzvlük təhlükəsinin qarşısını almağa çalışır"
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
11:38 12.09.2025
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
11:34 12.09.2025
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
11:24 12.09.2025
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə