Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır.
Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə danışıb.
Özbəkistan lideri bununla türk dövlətlərinin elm sahəsində daha da yaxınlaşacağını vurğulayıb.
O daha sonra Özbəkistanın ötən il Türk Mədəniyyəti və İrsi Fonduna üzvlük istiqamətində atdığı addıma da diqqət çəkərək qeyd edib ki, bu, mədəni münasibətlərin inkişafı baxımından ölkə üçün önəmlidir.