Savo Miloşeviç: "Neftçi" keyfiyyətli komandadır"

Savo Miloşeviç: "Neftçi" keyfiyyətli komandadır"
İDMAN
22:15 21.06.2021
474
"Artıq başqa peşədəyəm, fərqli iş görürəm. Avropanın 3 böyük çempionatında oynamışam. Bununla qürur duyuram".

AZXEBER.COM-un məlumatına görə, bu fikirləri Sloveniyanın "Olimpiya" (Lyublyana) komandasının baş məşqçisi Savo Miloşeviç "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra flaqmanın televiziyasına açıqlamasında deyib.

48 yaşlı mütəxəssis oyunçularının yorğun olduğunu bildirib: "Ona görə iki fərqli heyətlə çıxış etdik. Əslində toplanışın ilk günlərində belə güclü komanda ilə qarşılaşmağı sevmirəm. Amma nə etmək olar? Bu görüş mənim təyinatımadək danışılmışdı. "Neftçi" keyfiyyətli komandadır".

Serbiyalı baş məşqçi "ağ-qaralar"ın heyətində Yusif Lavalın çıxışını bəyəndiyini söyləyib.
OXŞAR XƏBƏRLƏR