Saxlanılan icra başçısı kimdir? - 2011-ci ildən…

Saxlanılan icra başçısı kimdir? - 2011-ci ildən…
SİYASƏT
11:58 30.10.2025
2025
Xəbər verdiyimiz kimi,  Dövlət Təhlükəsizliyi Xidməti Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
 
Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.

AZXEBER.COM saxlanılan icra başçısı İslam Rzayevin dosyesini təqdim edir:
 
İslam Vahid oğlu Rzayev 1965-ci ildə Göyçay rayonunda anadan olub. 1988-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib.
 
Əmək fəaliyyətinə elə həmin ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi başlayıb. Daha sonra Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu, həmçinin Bakı şəhərinin Nizami və Əzizbəyov rayonlarındakı strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb.

O, həmçinin "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis, 2007–2011-ci illərdə isə Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini olub.

İslam Rzayev 18 may 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Ailəlidir, 3 övladı var.
OXŞAR XƏBƏRLƏR