Türkiyəli müğənni Hatice botoksdan zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi səhhətinin son vəziyyətini sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Xədicə yaşadığı çətin günləri belə izah edib:
"Diş qıcırtma problemim var. idi. Botoksu hər zaman estetik mərkəzlərdə etmişəm. İlk dəfə diş həkimində etdim. İki gündən sonra gəzməyə gedəcəkdim və gördüm ki, özümü halsız hiss edirəm. Üçüncü və ya dördüncü gündə çeynəmə qabiliyyətimi itirdim. Artıq 4,5 həftə keçib. İndi inanılmaz dərəcədə saxta Botox var. Gözəllik adına bəzi şeylərdən artıq imtina etmişəm. Əmin olmadığınız heç bir yerdə bu tip prosedurları etdirməyin".
Aysel