Saxta içki qurbanları - Ölənlərin sayı 13-ə yüksəldi

Saxta içki qurbanları - Ölənlərin sayı 13-ə yüksəldi
DÜNYA
13:21 20.06.2023
298
İranın Elburz vilayətinin Kərəc şəhərində saxta spirtli içkidən zəhərlənmə nəticəsində daha 3 nəfər ölüb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, son beş gündə ölənlərin sayı 13-ə yüksəlib.

İranın Elbruz Sağlamlıq Elmləri Universitetinin rektoru Şəhram Seyyadi Kərəc şəhərində saxta spirt (metanol) istehlakı səbəbindən son 5 gündə xəstəxanaya yerləşdirilənlərin sayının 175-ə yüksəldiyini açıqlayıb.

Xəstəxanaya çatdırılanlardan daha 3-nün dünyasını dəyişdiyini bildirən Seyyadi saxta spirtli içkidən zəhərlənərək dünyasını dəyişənlərin sayının 13-ə çatdığını vurğulayıb.

Gülay
OXŞAR XƏBƏRLƏR