“Saxta qazilər” vasitəsilə Azərbaycanı onlar qarışdırır - sensasion detallar - Video

“Saxta qazilər” vasitəsilə Azərbaycanı onlar qarışdırır - sensasion detallar - Video
SOSİAL
12:31 02.10.2019
3162
Məlum olur ki, günlərdir üzərində insident yaşanan torpaq hansısa Qarabağ qazisinin adına deyil; ölkədə süni gərginlik yaradılır, qazilərin nüfuzundan dövlətə qarşı istifadəyə cəhd edilir...
Qarabağ qazisi olduğu bildirilən bir qrup əlilliyi olan şəxslərlə SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları arasında yaşanan insident  ölkə ictimaiyyətinin gündəmindədir. Hadisənin detalları barəsində yayılan məlumatlardan belə aydın olur ki, əslində SOCAR əməkdaşlarının üzərinə hücum çəkənlərin heç də hamısı Qarabağ qaziləri deyil.

Əvvəlcə onu qeyd edək ki, SOCAR məsələyə dair yaydığı rəsmi məlumatda bildirdi ki, şirkətin mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən hadisə yerinə polis əməkdaşlarını çağırıblar:

"İnsident zamanı şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslər tərəfindən qarovul rəisi Abdurəhmanov Fuad Həsən oğlunun, İsmayılov Elnur İlyas oğlunun, Əliquliyev Ələkbər Cabbar oğlunun qol və bədən nahiyələrinə zərbələr endirilib, müxtəlif bədən xəsarətləri yetirilib. Aparılmış videoçəkilişdən də göründüyü kimi, təxribat törədən şəxslər hadisə yerindən uzaqlaşmağa çalışan mühafizə xidmətinin əməkdaşlarını, eləcə də polis əməkdaşlarını təqib edərək, xidməti maşınlarına maddi ziyan vurmağa cəhd göstərib, dövlətə qarşı qanunsuz çağırışlar səsləndiriblər”.

Bildirək ki, rəsmi mövqeləri ötən sayımızda daha geniş formada dərc etmişik. Ona görə də bu yazıda rəsmi mövqelərə geniş yer vermirik.  Bu kimi məlumatlar yayıldıqdan sonra sosial şəbəkələrdə bir qrup şəxslər qaziləri müdafiə edib, onlara qarşı nə üçün belə addımlar atıldığını yazıb, dövlətə və qurumlara  qarşı çağırışlar etməyə başladılar.

"Yeni Müsavat” olaraq məsələ ilə bağlı araşdırma edib, bəzi faktları öyrəndik. Belə ki, etibarlı mənbədən aldığımız məlumata görə, əslində bu insidenti yaradanlar heç də gerçək qazilər deyil Redaksiyamıza məlumat verən mənbə bildirib ki, əslində heç  həmin ərazi də hansısa Qarabağ qazisinə aid deyil:

"Doğrudur, insidentdə iştirak edənlərin arasında 4 nəfər Qarabağ əlili də var. Ancaq faktiki olaraq torpaq sahəsi hansısa qaziyə aid deyil. Bu işə rəhbərlik edən şəxs əslən Kəlbəcərdən olan Hacıyev Məmmədəli İsgəndər oğludur.  O, Qarabağ uğrunda döyüşlərdə iştirak etməyib. Onun əldə etdiyi saxta əlillik kağızını isə ötən illərdə nazirlik ləğv edib. Bu adam indiyə qədər də belə işlərlə məşğul olub. Ancaq onun adı yayılan rəsmi məlumatlarda yer almayıb. Əlilləri Məmmədəli çağırıb, o əraziyə yığıb. Torpaq faktiki olaraq bu adamların dedikləri kimi, hansısa Qarabağ əlilinin adına deyil.

 


Hacıyev Məmmədəli İsgəndər oğlu

Sadəcə olaraq, Məmmədəli ”krışalıq" edərək, bu yolla evi tikdirir, sonra da vətəndaşdan pul alır, əlillərə də həmin puldan müəyyən qədər verir. Oradakı qazilərin evləri var. Kimin evi yoxdursa, o da hazırda ev növbəsindədir. Məmmədəlini çox adam Mamed kimi tanıyır. Mamed əvvəllər Mehdi Mehdiyevin sədrlik etdiyi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvü olub. Sonradan elə Mehdi Mehdiyev onu üzvlükdən çıxarıb, nazirliyə də müraciət edib ki, bu adam Qarabağ uğrunda döyüşlərdə iştirak etməyib. Bu müraciətdən sonra onun əlilliyi ləğv edilib".
 

 

Onu da qeyd edək ki, sosial şəbəkədə hadisə yerində başına vurub, köynəyini cıran özünü 2-ci qrup Qarabağ qazisi adlandıran bir şəxsin videosu yayılıb. Öyrəndik ki, həmin şəxsin adı Kənandır. O, əslən Tərtər rayonundandır. Videodan görünür ki,  Kənan ona SOCAR-ın əməkdaşlarının hücum etməsi təəssüratını yaratmaq məqsədilə özünü döyüb, köynəyini cıraraq əynindən çıxarır. Kənanın Qarabağ uğrunda gedən döyüşlərdə döyüşüb-döyüşmədiyi ilə bağlı dəqiq məlumat əldə edə bilmədik...

Ekspertlər baş verən bütün bu hadisələrin arxasında ölkədə çaxnaşma yaratmaq istəyən qüvvələrin durduğunu bildirirlər. Musavat.com-a danışan ekspertlərdən biri iddia edib ki, "saxta qazilərin” adı ilə Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin kökü Rusiyaya bağlanır. Rusiyanın bu təxribatını isə Azərbaycana tanınmış bir fiqur ötürür! 

Qeyd edək ki, SOCAR-la insidentdə adı hallanan Hüseynov Şərif Novruz oğlunun da Qarabağ əlili olmadığı bildirilir. Bəzi mənbələrdən qaynarinfo.az saytına daxil olan məlumata görə, Hüseynov Şərif Novruz oğlu hansısa yolla cəmi 1 il əvvəl "Qarabağ əlili” vəsiqəsi əldə edib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
17:33 27.06.2025
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
17:23 27.06.2025
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
10-cu sinif şagirdi kanalda batdı - FOTO
16:57 27.06.2025
10-cu sinif şagirdi kanalda batdı - FOTO
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
16:43 27.06.2025
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub