Saxtakarlığa yol verənlərin işi prokurorluğa göndəriləcək - MSK

Saxtakarlığa yol verənlərin işi prokurorluğa göndəriləcək - MSK
Seçki2024
16:33 17.02.2020
3761

Cinayət işinin açılıb-açılmaması isə prokurorluğun səlahiyyətindədir

Xəbər verdiyimiz kimi, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı 4 seçki dairəsinin nəticəsi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən etibarsız elan olunub.

Belə ki, 33 saylı Xətai birinci, 35 saylı Xətai ikinci, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrində çoxsaylı seçki məntəqələrində saxtakarlığa yol verildiyi üçün həmin dairlərin nəticələri ləğv olunub.

Maraqlıdır, nəticəsi ləğv olunan daiələrlə bağlı cinayət işi açıla bilərmi? Səsvermə prosesində saxtakarlığa yol verən şəxsləri hansı cəzalar gözləyir?

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev saxtakarlığa yol verilən dairələrin işinin prokurorluğa veriləcəyini bildirib:

"Əgər seçki dairələrinin nəticələri saxtakarlığa yol verildiyi üçün ləğv edilirsə, bu məsələlərin araşdırılması prokurorluq orqanlarına verilməlidir. Prokurorluq da konkret olaraq müəyyənləşdirəcək ki, kim hansı əməli törədib. Buna uyğun da məsuliyyətə cəlbetmə məsələsi olacaq. Yəni, əvvəlcədən gərək seçkinin nəticələri təsdiq olunsun, saxtakarlığa yol verilən dairələr dəqiq olaraq müəyyənləşsin ki, məsuliyyətə cəlb olunma prosesi başlansın. Cərimənin məbləği 150 manatdan 7000 manatadək ola bilər”.

Ə.Nuriyev seçki hüququnun pozulması, saxtakarlığa yol verilməsi bağlı azadlıqdan məhrumetmə cəzasının da tətbiq olunacağını deyir: "Qanun pozuntusu edərək səsvermənin nəticələrini saxtalaşdıran şəxslər 3 ilədək azadlıqdan məhrum oluna bilərlər. Eyni zamanda, səlahiyyətdən sui-istifadəyə görə isə 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər. Hələ ki, dairələrlə bağlı məhkəmə qərarı olmadığı üçün konkret olaraq cəzalardan hansının tətbiq ediləcəyini bilmirik”.

 

MSK katibi Mikayıl Rəhimov isə modern.az-a bildirib ki, səsvermədə qanun pozuntusuna yol verilibsə, mütləq şəkildə bu məsələ prokurorluğa göndəriləcək: "Hazırda şikayətlərə baxılır və artıq MSK-nın bu şikayətlərlə bağlı qərarı var. Ayrı-ayrı şəxslər səsvermədə cinayət əməlinə yol veribsə, mütləq şəkildə bu hal prokurorluğa bildiriləcək. Biz sadəcə hansı qanun pozulubsa, onu bildirə bilərik, cinayət işinin açılıb-açılmaması isə prokurorluğun səlahiyyətindədir”.

Xatırladaq ki, nəticəsi ləğv olunan dairələr Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun lider olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin lider olduğu 74 saylı Lənkəran kənd seçki dairəsi və Çingiz Qənizadənin lider olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentin Almaniya səfərindən - Görüntülər
19:55 21.07.2026
Prezidentin Almaniya səfərindən - Görüntülər
Pakistanda leysan nəticəsində 9 nəfər ölüb, 28 ev dağılıb
19:21 21.07.2026
Pakistanda leysan nəticəsində 9 nəfər ölüb, 28 ev dağılıb
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı
19:07 21.07.2026
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
18:59 21.07.2026
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
Messi Argentina millisi ilə vidalaşdı
18:49 21.07.2026
Messi Argentina millisi ilə vidalaşdı
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
18:45 21.07.2026
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
18:35 21.07.2026
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır