Şaxtalı havada işə getməyən və ya gecikənlərə güzəşt nəzərdə tutulub? - RƏSMİ AÇIQLAMA

Şaxtalı havada işə getməyən və ya gecikənlərə güzəşt nəzərdə tutulub? - RƏSMİ AÇIQLAMA
SOSİAL
10:23 16.01.2023
368
Azərbaycanda soyuq və şaxtalı havada işə gedə bilməyən və ya gecikən vətəndaşlara qanunvericiliklə hər hansı güzəştin nəzərdə tutulub-tutulması maraqla qarşılanır.

BAKU.WS havaların kəskin soyuq keçməsi zamanı vətəndaşlara müəyyən problemlər yaranmasını nəzərə alaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib.

Qurumdan mövzu ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır:

"İşçilər havanın temperaturu ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara Əmək Məcəlləsinin 233-cü maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.

Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. Fasilələrin müddəti işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir. İş dayandırıldıqda isə boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Havanın temperaturu Selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir.

Qarlı və şaxtalı hava günlərində işə getməyən və ya gecikən işçilər üçün əmək qanunvericiliyində hər hansı güzəşt və imtiyazlar nəzərdə tutulmayıb. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi qeyd olunan hallarla bağlı işəgötürənlərə tövsiyyələr edilir. Həmçinin, bu sahədə hüquqları pozulmuş və bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş işçilərin müraciətləri əsasında araşdırmalar aparılır. Hüquqları pozulmuş işçilərin hüquqlarının bərpa olunması ilə əlaqədar müvafiq addımlar atılır, işəgötürənlərə göstəriş və ya tövsiyyə məktubları göndərilir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
Bakıda 26 yaşlı oğlan bıçaqlandı - Saxlanılan var
12:33 20.09.2025
Bakıda 26 yaşlı oğlan bıçaqlandı - Saxlanılan var
Ukrayna Saratov neft emalı zavoduna dron hücumu edib
12:31 20.09.2025
Ukrayna Saratov neft emalı zavoduna dron hücumu edib