Donetsk "Şaxtyor”unun məşqçisi Rusiya hərbçiləri tərəfindən öldürülüb.
Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri Ukrayna klubunun baş direktoru Sergey Palkin verib.
O bildirib ki, atışma zamanı mərmi klubun gənc məşqçilərindən birinə tuş gəlib və həmin mütəxəssis həlak olub.
Sergey Palkin hazırda həm özünün, həm də futbolçularla məşqçilərin əksəriyyətinin ailələri ilə birlikdə Kiyevdə olduğunu söyləyib.