'Şaxtyor'un ulduzu 'Xəzər Lənkəran'da

İDMAN
17:12 18.01.2013
1358
Antalyada hazırlıq keçən “Xəzər Lənkəran” baxışa yeni futbolçu çağırıb. Apasport.az saytının xəbərinə görə, dünəndən “ağ-yaşıllar”ın düşərgəsində olan İvan Deniseviç Belarus futbolunun flaqmanı Minsk “Dinamo”sunun yetirməsidir.1984-cü il noyabrın 9-da anadan olan yarımmüdafiəçi 20 yaşında digər paytaxt klubu “Darida” ilə müqavilə imzalayıb və peşəkar karyerasının ilk 2 ilini bu komandada keçirib. Bu müddətdə 59 matça çıxan orta sahə oyunçusu 2 qol vurub.2007-09-cu illərdə “Neman”ın şərəfini qoruyan yarımmüdafiəçi Qrodno təmsilçisində daha məhsuldar olub: 61 qarşılaşmada 11 qol.Bir illik Soliqorsk macəralarından sonra İvan yenidən “Neman”a qayıdıb. Bu klubdan kənarda keçirdiyi 2010-cu ildə “Şaxtyor”un heyətində 33 matça 8 qol sevinci yaşayıb.Qrodnoya qayıtdıqdan sonrakı 2 ildə 58 oyunun iştirakçısı olan futbolçu 12 dəfə rəqib qapılarına yol tapıb. Ümumilikdə, bu komandada 119 matça 23 dəfə fərqlənib.Deniseviçn klub karyerasındakı ən böyük uğuru da “Şaxtyor”da keçirdiyi ilə təsadüf edib. Həmin vaxt yarımmüdafiəçi komandası ilə birlikdə Belarus çempionatının gümüş mükafatçısı olub.İvan Belarusun U-19 və U-21 yığmalarında da çıxış edib. 19 yaşadək futbolçuların heyətində 3 matça çıxan Deniseviç 2 qol vurub. U-21-də isə 11 görüşün iştirakçısı olan yarımmüdafiəçi qol vura bilməyib.

OXŞAR XƏBƏRLƏR