Sayt rəhbərinin icra nümayəndəsini nə ilə şantaj etdiyi bəlli oldu

Sayt rəhbərinin icra nümayəndəsini nə ilə şantaj etdiyi bəlli oldu
SOSİAL
11:51 14.04.2022
308
"Cənub.az” internet saytının redaktoru Zahir Əmənovun icra nümayəndəsi İsrafil Əliyevi şantaj etməsinin bəzi detalları bəlli olub. 

Hüquq-mühafizə orqanlarından AZXEBER.COM-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazi dairəsi üzrə nümayəndəsi İ.Əliyev aprelin 13-də "Cənub.az” internet saytının redaktoru Zahir Əmənovun onun övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyərək 1500 manat pul aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Z.Əmənov saxlanılıb. 
OXŞAR XƏBƏRLƏR