SAZZ 4G İnternet yay endirim kampaniyasına başladı (R)

İQTİSADİYYAT
14:15 01.06.2012
2830
SAZZ 4G genişzolaqlı simsiz limitsiz İnternet xidməti yay endirim kampaniyasına başlayır. İyun ayının 1-dən avqustun 31-nə qədər nəzərdə tutulmuş “Bu yay Sazz keçəcək” kampaniyası çərçivəsində şirkət müştərilərə müxtəlif endirim paketlərini təqdim edəcək. Kampaniyada təqdim olunan endirim paketlərindən faydalanan müştərilər çox əlverişli şərtlərlə həm Sazz abunəçisi ola biləcək, həm də onlara lazım olan qurğu və avadanlıqları əldə emək imkanına sahib olacaqlar.

Sazz 4G İnternet Yay endirim kampaniyasına üç paket təqdim edib.

Qiyməti 99 manat təşkil edən birinci paketə pulsuz qoşulma, iki aylıq abunə haqqı və AX326 USB modemi daxildir.

159 manatlıq ikinci paketə pulsuz qoşulma və altı aylıq abunə haqqı ilə bərabər bu paketə AX326 USB modemi daxildir.

Dəyəri 329 manat olan üçüncü paket isə abunəçilərə böyük endirimlə bərabər həm də seçim imkanı verir. Belə ki, həmin paketi almağa qərar verənlər pulsuz qoşulma və 10 aylıq abunə haqqı ilə bərabər iki avadanlıq komplektindən birini seçə bilərlər. Bunlardan birinə AX326 USB modemi, SX361 gücləndiricisi və MF-10 Wi-Fi routeri, digərinə isə AX350 WiFi-WiMax mərkəzi daxildir.

Kampaniya Sazz 4G Internetxidmətləri şirkətinin Süleyman Rüstəm küçəsi 9 ünvanında yerləşən baş ofisi daxil olmaqla şirkətin brend mağazalarında da keçərlidir.

Azərbaycanda Mobile WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən ən böyük genişzolaqlı simsiz İnternet xidməti olan SAZZ 4G İnternet 2010-cu ildə AzQtel şirkəti tərəfindən qurulub. SAZZ 4G İnternetistifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.

Bakı, Sumqayıt, Xırdalan, Mİngəçevir şəhərlərini, habelə Abşeron yarımadasının əksər qəsəbələrinin böyük qismini əhatə edən Sazz İnternet 2012-ci ilin sonlarına qədər ardıcıl olaraq Azərbaycanın iri regionlarında da fəaliyyət göstərməyə başlayacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb