SAZZ İnternet artıq Mingəçevirdə

İQTİSADİYYAT
15:18 04.05.2012
1865

SAZZ genişzolaqlı simsiz limitsiz İnternet xidməti Mingəçevirdə fəaliyyətə başladı. Şirkətin Mİngəçevir şəhəri, H.Əliyev prospekti, 71 ünvanında yerləşən yeni satış nöqtəsinin açılışında şəhər icra başçısı N. Bayramov, yerli hakimiyyət orqanlarının və şəhər ictimaiyyətnin nümayəndələri, habelə jurnalistlər iştirak ediblər. SAZZ-dan AZXEBER.COM-a verilən məlumata görə, yeni satış nöqtəsində abunəçilərə xüsusi təlim keçmiş operatorlar və texniki dəstək heyəti xidmət göstərəcək.

Şirkətin mətbuat mərkəzinin məlumatına görə, Mingəçevir şəhəri Sazz İnternetin 2012-ci ilin sonuna qədər ölkənin bir sıra iri regional mərkəzlərində fəaliyyətə keçmə planının ilk addımıdır. Sazz İnternetin Mingəçevirdəki əhatə zonasına www.sazz.az saytında yer alan xəritədə baxmaq olar.

Azərbaycanda Mobile WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən ən böyük genişzolaqlı simsiz İnternet xidməti olan SAZZ İnternet 2010-cu ildə AzQtel şirkəti tərəfindən qurulub. SAZZ İnternet istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.

Bakı, Sumqayıt, Xırdalan şəhərlərini, habelə Abşeron yarımadasında yerləşən qəsəbələrin böyük qismini əhatə edən Sazz İnternet cari ildən etibarən ardıcıl olaraq Azərbaycanın digər iri regionlarında da fəaliyyət göstərməyə başlayacaq.

OXŞAR XƏBƏRLƏR